Ərdoğandan Trampa çağırış - “Terrorçuları silahlandırmağı dayandırın”

Ərdoğandan Trampa çağırış
Oxunma sayı: 1984

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər erir ki, bu barədə jurnalistlərə Türkiyə prezidenti administrasiyasının əməkdaşı bildirib.

Məlumata əsasən, danışıqlar zaman “Zeytun budağı” əməliyyatı müzakirə olunub.

Prezidentlər Suriyanın Afrin bölgəsindəki əməliyyatı müzakirə ediblər. Ərdoğan Trampa əməliyyatın Türkiyənin milli təhlükəsizliyi və bölgənin terrorçulardan təmizləmək məqsədini daşıdığnı bildirib.

Türkiyə prezidenti ABŞ-ı PKK, PYD və YPG terrorçularını silahla təmin etməyi dayandırmağa çağırıb.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlarda Türkiyə ilə bərabər  “Suriya azadlıq ordusu” da iştirak edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi