Ərdoğandan Xocalı faciəsi ilə bağlı - - Açıqlama

erdogandan-xocali-faciesi-ile-bagli-
Oxunma sayı: 2135


“Qafqazinfo” xəbər verir ki, baş nazir çıxışında Qarabağda, xüsusən də Xocalıda yaşanan qətliamda həyatını itirənlərin Azərbaycanın olduğu qədər Türkiyənin də övladları olduğunu bildirib:

“Sabah 26 fevralda Xocalı soyqırımının üzərindən 22 il keçmiş olacaq. Ermənistan qüvvələri Qarabağda təəssüf ki, insanlığa yaraşmayan qətliama imza atdılar. Ən böyük faciə isə Xocalıda yaşandı. 106-sı qadın, 83-ü uşaq olmaqla 613 insan şəhid edildi. Qətliamda həyatnı itirənlər Azərbaycanın övladları olduğu qədər bizim də övladlarımızdır. Bu böyük acını biz də ürəklərimizdə yaşayırıq, Xocalıda qətl edilən şəhidlərimizi rəhmətlə anırıq. İstanbulda Xocalı qətliamına etiraz edən bir qrupun irqçi şürlar səsləndirmələrini qınayıram. İrqçi deyimlərdən hər kəsin kənar durmasının laızm olduğunu xatırlatmaq istəyirəm”.