“Ərdoğanı nümunə götürürük”

erdogani-numune-gotururuk
Oxunma sayı: 633

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Tunis inqilabından sonra hakimiyyətə gələn “ən-Nəhdə” hərəkatının lideri Raşid əl-Qənnuşinin ərəblərin Türkiyənin Baş nazirini özlərinə nümunə götürdüklərini ifadə edib.

Qənnuşi Tunis xalqının azadlığına qovuşduğunu, növbəti həll ediləcək problemin işsizlik olduğunu deyərək, inqilab zamanı Türkiyənin dəstəyini hiss etdiklərini bildirib. Bir müddət əvvəl BMT-nin Mədəniyyətlər İttifaqı konfransında iştirak etmək üçün Türkiyəyə gələn Qənnuşi ölkəsində inqilabın hələ başa çatmadığını və ölkəni iqtisadi baxımdan dirçəltmək istədiklərini qeyd edib.

“Ən-Nəhdə” lideri ölkəsində işsizlik probleminin həlli üçün hər bir sosial təbəqədən olan insanların mövzu ilə bağlı layihələrini parlamentə təqdim edə bildiyini vurğulayıb.