Ərdoğanı qırıcılar müşayiət etdi - Fotolar

Ərdoğanı qırıcılar müşayiət etdi
Oxunma sayı: 81

Rəcəb Tayyib Ərdoğan Ankarada Milli Məclisdə iclasda iştirak etdikdən sonra 15 iyul tədbirlərində iştirak etmək üçün İstanbula gedib.

"Qafqazinfo" CNN Türk-ə istinadən xəbər verir ki, havada Ərdoğanın təyyarəsini F-16 qırıcıları müşayiət edib. Ərdoğan pəncərədən pilotları salamlayaraq onlara təşəkkürünü çatdırıb.

O, Atatürk hava limanına endikdən sonra helikopterlə anım tədbirlərinin keçiriləcəyi 15 iyul şəhidlər körpüsünü səmadan izləyib.

Hazırlıqlara havadan nəzarət edənn Ərdoğan müvafiq göstərişlər verib.

Qeyd edək ki, 22:30-da prezident Rəcəb Tayyib Ərdoğan körpüdə keçiriləcək tədbirdə çıxış edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi