Ərdoğanı sultana bənzətdilər

erdogani-sultana-benzetdiler
Oxunma sayı: 643

Müqayisələri ilə Ərdoğanı dörd Osmanlı sultanı ilə eyniləşdirən qəzet, Vaşinqtonun baş nazirə verdiyi dəstəyin lazımsız olduğunu bildirib. “Washington Times” qeyd edib ki, qərb Ankarada yeni sultanın yaranmağına göz yuma bilməz. “Washington Times”ın dərc etdiyi bənzətməni sizə təqdim edirik:

1485-ci ildə Bəyazid mətbələrin fəaliyyətinə qadağa qoyub. Ərdoğanın siyasəti nəticəsində Türkiyə jurnalistlərin ən çox həbs olunduğu ölkədir.

1880-cı ildə Əbdülhəmid kürtlərə muxtariyyət hüququnu verdikdən bir müddət sonra bu qərarı ləğv edib. Ərdoğan da kürtlərə qarşı məhz bu mövqeni göstərib.

Sultan Mahmud hüquqlarını tələb edən, hökmdarlara qarşı qiyam edən yeniçərilərin azadlığını ləğv edib. Ərdoğan da ona qarşı muxalif mövqedə olan yüzlərlə generalı və vəzifəli şəxsləri “Ergenokona xidmət edir” bəhanəsi ilə həbs edib.

III Səlim suiqəsd nəticəsində öldürülüb. Baş nazir Rəcəb Tayyib Ərdoğan da muxalifətin rəhbərliyi altında olan qurumlara 2500 polis, 20 zirehli avtomobil və 105 mühafizəçi ilə gedir.