Ərdoğanın evinə 3 min etirazçı hücum edib

erdoganin-evine-3-min-etirazci-hucum-edib
Oxunma sayı: 1633


 “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Yenisafak” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Gezi parkı olaylarını “çevrə” nümayişlərindən çıxararaq küçə savaşlarına çevirmək istəyən bir qrup şəxs iyunun 1-i Ərdoğanın çalışdığı ofisə və yaşadığı evə hücum təşkil edib. 

Baş nazirin evinə edilən hücumun son anda qarşısının alındığı deyilir. Nümayişçilərin Ərdoğanın Ankara Keçiörəndəki evi və Dolmabahçedəki çalışma ofisini işğal etmək etmək istədikləri və burada foto çəkdirərək Türkiyəni beynəlxalq arenada çətin duruma salmağı hədəflədikləri məlum olub. Kəşfiyyat məlumatlarında hücum planının Ərdoğanın Afrika ölkələrinə səfəri zamanı plnalaşdırıldığı qeyd olunur.