Ərdoğanın məsciddə halı pisləşdi - Təcili yardım çağırıldı

erdoganin-mescidde-hali-pislesdi
Oxunma sayı: 684

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram namazı üçün gəldiyi Memar Sinan məscidində halı pisləşib.

“Qafqazinfo” DHA agentliyinə istinadən xəbər verir ki, dərhal təcili yardım xidmətinin əməkdaşları ölkə başçısına yardım edib. 

Həkimlərin müdaxiləsindən sonra özünə gələn R. T. Ərdoğan məsciddən çıxarkən jurnalistlərə açıqlama verib.

O, bunun şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətli problem olduğunu söyləyib. Hazırda yaxşı olduğunu 15.00-da təşkil olunacaq bayram şənliyinə də qatılacağını bildirib.