Ərdoğanın oğlunun Bakıda hansı hoteldə qaldığı bəlli oldu

erdoganin-oglunun-bakida-hansi-hotelde-qaldigi-belli-oldu
Oxunma sayı: 6704


Haqqında məcburi ifadəyə gətirilmək qərarı verilən Bilal Ərdoğan günlərdir itkin düşmüşdü. İddiaya görə, baş nazirin oğlu Bakıdakı “Qafqaz City” hotelində qalıb.

“Qafqazinfo” “Axar.az”-a istinadən xəbər verir ki, 17 dekabr əməliyyatları zamanı Türkiyənin baş naziri R.T.Ərdoğanın oğlu Bilal Ərdoğan Türkiyənin Artvin şəhərində gizlənib. 2 yanvar tarixində haqqında məcburən ifadəyə gətirilmə qərarı veriləndən sonra Bilal Bakıya gələrək, “Qafqaz City” hotelində qalıb.

“Qafqaz City” hotelinin qəbul-qeydiyyat şöbəsi, “burada idi, ancaq indi hal-hazırda hoteli tərk edib” - cavabını verib. Bir neçə sualdan sonra hotel  idarəçisi, “xeyr, burada qalmayıb. Bakıda “Qafqaz” adlı başqa hotel də var, bəlkə, orada qalıb” - deyərək qeydiyyat şöbəsinin verdiyi məlumatı inkar edib.