“Ərdoğanın şəhərində gəzmişdim” - Obama

erdoganin-seherinde-gezmisdim-obama
Oxunma sayı: 634

Heyətlər arası müzakirədən sonra Obama və Ərdoğan Ağ Evin həyətində mətbuat konfransı keçiriblər. Mətbuat konfranısının sonuna doğru güclü yağış başlayıb və liderlər çıxışlarını çətir altında tamamlamalı olublar.

Mətbuat konfransında liderlərin səsləndirdiyi fikirlərdən bəzilərini Türkiyə mətbuatına istinadla təqdim edirik.

Barak Obama:

- Dəyərli dostum Ərdoğanı Ağ Evdə qarşılamaqdan qürur duyuram. Türkiyənin mənə göstərdiyi əlahiddə qonaqpərvərliyi xatırlayıram. Dörd il əvvəl Ərdoğanın şəhərində gəzmişdim.
- Bu gün bir çox mövzunu müzakirə etdik. Əfqanıstan, G-20 və çox əhəmiyyətli bir başqa məqam - bölgədə nüvə silahlının yayılma təhlükəsi haqda danışdıq.
- İsrail ilə əlaqələrin normallaşmasına verdiyimiz dəstəyi bildirdik.
- İnvestisiya və ticarət mövzusuna diqqət ayırdıq. Türkiyənin ABŞ-a ixracatı 4 dəfə artdı. Yüksək səviyyədə bir komitə yaradıb ticarət və investisiya layihələrini, inovasiyanı dəstəkləyəcəyik.
- Qarşılıqlı təhlükəsizlik məsələlərinə dəstək verməyi qərarı aldıq. Reyhanlıdakı qorxunc hücumları qınayıram, başsağlığımı çatdırıram. ABŞ olaraq yanınızdayıq, terrora qarşı mübarizənizi dəstəkləyirik. Həm Türkiyə xalqını, həm də sizi cəsarətiniz üçün təbrik edirəm. PKK terrorunu sona çatdırmaq üçün addım atdınız. İnsan haqqlarını müdafiə etməyinizi də dəstəkləyirik.

- Suriya mövzusunda Türkiyə xalqı inanılmaz qonaqpərvərlik göstərdi. Ağır yük olduğunun fərqindəyəm. ABŞ bu yükün daşınmasına kömək etməyə davam edəcək. Qida, sığınma və sağlamlıq mövzularında köməkçi olacağıq. Əsədə təzyiqləri artıracağıq, müxalifətə dəstək verəcəyik. Əsədin olmadığı demokratik bir Suriya üçün baş nazir də ön səfdə olacaq. Əsədin getməsi məsələsində həmfikirik. Əsədin tiranlığından xilas olan müstəqil Suriya üçün çalışacağıq. Çünki bu, bütün xalqların mənafeyinə uyğundur.

Rəcəb Tayyib Ərdoğan:

- Ev sahibinə xüsusi minnətdarlığımı ifadə etmək istəyirəm. Bostondakı terrorla bağlı başsağlığımı çatdırıram. Terrorla mübarizə edən bir ölkə olaraq ABŞ xalqını anladığımızı ifadə etmək istəyirəm. Terrorla ortaq mübarizəmizi davam etdirməkdə qərarlıyıq.
- Yaxın Şərqdən Balkanlara, Aralıq dənizindən Qafqazlaradək terrorla mübarizədən tutmuş enerjiyə qədər bir çox sahədə güclü əməkdaşlıq içindəyik. Türkiyə-ABŞ əməkdaşlığı ilə yanaşı, ortaq gündəmə, regional və qlobal məsələlərə aid mövzulara toxunduq.
- İkitərəfli iqtisadi və ticarət əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq niyyətindəyik. Ticarət dövriyyəsini 10 il içində 8 milyard dollardan 20 milyard dollara qaldırdıq. Yeni anşlaşmalarla, azad ticarət razılaşmalarıyla bunu gücləndirməmiz lazımdır.

- Suriya 1 nömrəli mövzumuz oldu. Bu mövzuda düşüncələrimizin üst-üstə düşdüyünü az əvvəl prezidentin ifadələrilə birlikdə dinlədik. Qanlı prosesin dayandırılması, yeni hökumətin qurulması mövzusunda tam razılaşma içindəyik. Müxalifətin dəstəklənməsi, Əsədin getməsi, kimyəvi silahların qarşısının alınması, azlıqların təhlükəsizliyinin təmin edilməsi barədədə eyni fikirdəyik.

- Yaxın Şərq sülh prosesi mövzusunda... Mavi Mərmərə hücumunda həyatını itirən Türkiyə və ABŞ vətəndaşlarına görə təzminat ödənilməsi istiqamətində işlər davam edir. Qəzzaya edəcəyəm ziyarətin Fələstinin ittifaqına və sülhə əhəmiyyətli qatqı verəcəyinə inanıram.
- Azərbaycan, Ermənistan, İran, Əfqanıstan, Afrika, Myanma kimi mövzuları da müzakirə etdik. Türkiyə-ABŞ əlaqələri baxımından tarixi bir gün yaşayırıq.

azadliq.info