Ərdoğanın Suriya ilə bağlı çıxışını dəyişdirdilər

erdoganin-suriya-ile-bagli-cixisini-deyisdirdiler
Oxunma sayı: 647

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Ərdoğanın baş müşaviri İbrahim Qalın Twitterdə baş nazirin çıxışının dəyişdirilildiyini iddia edib. Baş müşavirin sözlərinə görə, Ərdoğan NBC televiziyasında deyildiyi kimi “ABŞ-ın Suriyaya ediləcək qurudan müdaxiləsini dəstəkləyəcək” ifadəsini işlətməyib. Baş nazir əslində "uçuşa qadağan olan bölgəyə dəstək verərik" deyib.

Qeyd edək ki, Ərdoğan Türkiyəyə sığınan 300 min Suriyalı qaçqınlara indiyə qədər 1 milyard dollar xərclədiyini bildirib.