Ərdoğanla Əhmədinejatın görüşü başladı

erdoganla-ehmedinejatin-gorusu-basladi
Oxunma sayı: 637

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ailə fotosunun çəkimindən əvvəl digər liderlərdən fərqli olaraq baş nazir Ərdoğan və prezident Əhmədinejat bir-birilərinin əllərini sıxmayıblar.

Suriya ilə bağlı olaraq iki ölkə arasında yaşanan gərginliyin zirvə toplantısına da sirayət etdiyi deyilir. Türkiyə mətbuatı məhz bu səbəbdən hər iki liderin oturduqları yerlərin planlı şəkildə bir-birilərindən aralı təşkil olunduğunu vurğulayır.

***
Türkiyə mətbuatının məlumatına görə, hazırda Ərdoğan İran lideri ilə görüşdədir.

Qeyd edək ki, türkiyəli nazirin təkbətək görüşlər siyahısında Mahmud Əhmədinejatın adı yox idi.