Ərdoğanla oğlunun səs yazısı montaj imiş

erdoganla-oglunun-ses-yazisi-montaj-imis
Oxunma sayı: 1508


 “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, səs yazısı müəyyən yerlərdə dəyişdirilib və montaj olunub:

“Səs yazıları üzərində işlənilib. Bunu arxa plan səslərinin uyumsuzluğundan da anlamaq olur”.

Jou Production firmasının sahibi olan və “Harry Potter”, "Life of Pi" kimi Hollivud filmlərinin səsləndirilməsində imzası olan Robin Lai bildirib ki, bu tərz səs yazılarının üzərində işlənildikdə bəzən həqiqinin hansı olduğunu müəyyən etmək asan olmur. Lakin mütəxəssisin sözlərinə görə, yayılan həmin səs yazısında montaj açıq-aşkar hiss olunur və onu hazırlayan peşəkarlıqdan uazq olublar.