Ərdoğanla Putinin görüşü bitdi - Nədən danışdılar?+Video

erdoganla-putinin-gorusu-bitdi
Oxunma sayı: 1705

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri başa çatıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar apardıqdan sonra hər iki lider birgə mətbuat konfransı keçirib.

Ərdoğanla Putinin görüşü 1 saat 50 dəqiqə çəkib.

Görüşdə türkiyəli və rusiyalı nümayəndələr də iştirak edib. 

R.T.Ərdoğan: 

“Türkiyə ilə Rusiya arasında iqtisadi, ticari, mədəniyyət və enerji sahələrində güclü əlaqələr var. Turizm bu əlaqələrin əvvəlində gəlir. Ticarət həcmimiz 26 milyard dollara çatıb. Bu baxımdan 2019-cu il xüsusi il olacaq. Ötən il 6 milyona yaxın rus turist qəbul etmişik. Vizasız rejim məsələsini də müzakirə etdik. Vizasız rejim xalqlarımızn daha da qaynayıb-qarışmasına səbəb olacaq. 

Bu gün xüsusilə Suriyadakı vəziyyəti müzakirə etdik. Həm İdlib məsələsindən, həm də 4-lü Suriya Zirvəsindən danışdıq. ABŞ-ın Suriyadan çəkilməsi qərarını dəyərləndirdik. Rusiya ilə koordinasiyamızı gücləndirmək niyyətindəyik. Türk-rus işbirliyini pozmağı hədəfləyən terror təşkilatlarına qarşı birgə mübarizənin vacibliyini ifadə etmək istəyirəm. Suriyada Konstitusiya Komitəsi təxirə salınmadan qurulmalıdır. Geri qayıdış formatı Fəratın şərqinə də tətbiq edilməlidir”. 

V. Putin: 

“Suriya məsələsinin birdəfəlik həlli üzərində çalışırıq. Problemi siyasi və diplomatik yollarla yoluna qoymaq istəyirik. İdlibin taleyi də müzakirə olundu. ABŞ hökumətinin Suriyadan çəkilməsi ilə əlaqədar qərarın Suriyadakı vəziyyətə edəcəyi təsirdən danışdıq. Bölgə hazırda kürdlərin əlindədir. Dəməşq kürdlərinin nümayəndələri ilə görüşməliyik. Dialoq həm Suriyanın, həm də qonşu dövlətlərin xeyrinə olacaq. 

Enerji sahəsində də böyük layihələr gerçəkləşdirilir. Üç liderin (Türkiyə-Rusiya-İran) zirvə görüşünü Moskvada keçirməyi planlaşdırırıq”.