Ərə getmək istəmədi, başını kəsdilər

ere-getmek-istemedi-basini-kesdiler
Oxunma sayı: 636

Əfqanıstanın Gündüz vilayətində iki kişi gənc qızın başını kəsib. “Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, buna səbəb 15 yaşlı qızın ərə getmək istəməməsi olub.

Daha dəqiq desək, qızın vəhşicəsinə öldürülməsinə səbəb valideynlərinin onu ərə verməməsi olub.

Yerli polisin məlumatına görə, bu yolla cinayətkarlar evlərinə qayıdan qızı öldürərək heyif çıxıblar. Cinayəti törədənlər artıq yaxalanıb. Onlardan biri bildirib ki, qıza evlilik təklifi edib. Onun imtina etməsinə cavab olaraq, o, qızı qətlə yetirmək qərarına gəlib