“Ərə getmək istəmirəm” - Aygünün qızı

ere-getmek-istemirem
Oxunma sayı: 640

Aygün Kazımovanın qızı İlqarə instaqramda paylaşımlarıyla yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, xalq artistinin müğənni qızı sosial şəbəkədə fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərdən birinə maraqlı şərh verib.

İlqarə bildirib ki, o, ərə getmək istəmir: “Ərə getmək istəmirəm. Bunun sadə bir səbəbi var: Niyə yaxşı sevgilini pis ərə çevirim? İnsanlara sizin haqqınızda istədikləri kimi fikirləşməyə mane olmayın. Bəlkə bu onlar üçün təsəllidir?”.