“Ərə getməyə yaşım çatmır”

ere-getmeye-yasim-catmir
Oxunma sayı: 2165


“Qafqazinfo”ya açıqlamasında gənc müğənni Leyla Ramazanlı haqqında gəzən şaiyələrə aydınlıq gətirib:

“Son vaxtlar xəbər yayılıb ki, Leyla ərə gedir. Mənim üçün ailə müqəddəsdir, hər şeydir. Lakin hələ yaşım azdır, bu sənətdə öz sözümü demək istəyirəm. Sənətimlə bağlı arzularım, xəyallarım var, hələ ki, onları gerçəkləşdirməyi düşünürəm. Ərə getməyimlə bağlı xəbərlər yalandır. Bunlar qismət işidir. İnşallah ailə həyatı quranda bunu gizlətməyəcəm”.

Müğənni yeni layihələr üzərində işlədiyini bildirib:

“Yeni mahnılar üzərində işləyirəm. Bir neçə mahnı hazırdır, aranjeman olunur. Pərviz Mahmudovun mahnısına klip çəkdirəcəm. Konsert proqramı ilə bu yaxınlarda çıxış etmişəm. Tamaşaçıya çox maraqlı şou və rəqslər göstərdik. Tezliklə telekanallarda yayımlanacaq. Ona görə konsert vermək haqqında düşünmürəm. Maraqlı layihələr üzərində çalışıram. Məncə, pərəstişkarlarımın ürəyincə olacaq. Şou-biznes elə sahədir ki, müğənnilərin işləri haqqında danışan, müzakirə edən çox olur. Düşünürəm ki, müğənninin gördüyü işlər fərqli və geyimi qeyri-adi olmalıdır.  Gəzən söhbətlərə fikir verməmək, daim irəli getmək lazımdır”. 

Könül