Ərəb Liqası müşahidəçilərinin sayını atırdı

ereb-liqasi-musahidecilerinin-sayini-atirdi
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Qərar yanvarın 8-də Qahirədə təşkilata üzv olan dövlətlərin xarici işlər nazirlərinin toplantısında qəbul edilib. Tədbirdə Suriyadakı vəziyyətin qiymətləndrilməsi ilə bağlı müşahidəçilərin birinci məruzəsi dinlənilib.

Daha əvvəl nail olunmuş razılıqlara görə, xarici işlər nazirləri müşahidəçilərin missiyasının tamamlanması üçün lazımı vaxt verilməsi barədə anlaşıblar.

Nazirlər həmçinin müşahidəçilərin sayının 150 nəfərədək artırılması və onların işinə texniki dəstək göstərmək üçün BMT-yə müraciət edilməsi haqqında qərar qəbul ediblər.

Qeyd edək ki, Ərəb Liqası müşahidəçiləri Suriyada ötən ilin dekabrın sonundan fəaliyyətə başlayıblar.