Ərəb ölkələri İrana qarşı ABŞ-ın tərəfini tutdu

ereb-olkeleri-irana-qarsi-abs-in-terefini-tutdu
Oxunma sayı: 2816

ABŞ prezidenti Donald Trampın İranl nüvə sazişini tərk etməsinə ərəb ölkələrindən dəstək gəlib.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 2015-ci ildə İrana qarşı təxirə salınan sanksiyaların yenidən ən güclü formada tətbiq olunmasını dəstəklədiklərini açıqlayıblar.

Qeyd edilib ki, İranın iqtisadi güzəştlərinin əlindən alınması onların bölgədə fəaliyyətini məhdudlaşdıracaq.

Xatırladaq ki, 2015-ci ildə olunmuş sazişə əsasən İran uranın zənginləşdirilməsini dayandıracağı öhdəliyini götürmüş, qarşılığında isə İrana qarşı sanksiyalar ləğv edilmişdi.