Ərəb Ölkələri Liqası Suriyadan narahatdır

ereb-olkeleri-liqasi-suriyadan-narahatdir
Oxunma sayı: 653

Qətərin xarici işlər naziri və baş nazirin müavini Həməd bin Casim Əl Tani bildirib ki, Suriyada vəziyyətin sabitləşməsinin tərəfdarı olan ərəb ölkələri xarici müdaxiləni dəstəkləmir. Ərəb Ölkələri Liqası eyni zamanda bu ölkədə qan tökülməsi ilə barışa bilməyəcəyini bəyan edib. Təşkilatın bəyənatında Suriyada qan tökülməsinin dayandırılması israr olunur. Ərəb ölkələrinin hər cəhdinin Suriyada vəziyyətin sabitləşməsinə yönəldiyi bildirilir. Suriya rəhbərliyi isə atəşkəs üçün mühüm şərait yaratmaq məqsədilə şəhərlərdən hərbi qüvvələrini çıxarmağa çağrılır.