Ərəbistandan Bakıya gələn tozun miqdarı azalır

erebistandan-bakiya-gelen-tozun-miqdari-azalir
Oxunma sayı: 1673

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı məlumat yayıb.

"Qafqazinfo"ya daxil olan açıqlamada bildirilir ki, qurum operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel  2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz  yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.

***

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz  yuxarı olduğu qeydə alınıb.

***

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.