Ərəblər bu kadrların üzərində baş sındırır - Yayım gecikir

erebler-bu-kadrlarin-uzerinde-bas-sindirir
Oxunma sayı: 7669

Futbol üzrə Dünya Çempionatında iştirak edən Səudiyyə Ərəbistanında matçların gec yayımlanması müzakirə edilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb qadın azarkeşlərin dekolteli və bikinili geyimləridir. 

Bu dəfə öz komandası da çempionatda iştirak edən ölkə yayımı dayandırmaq qərarı verməyib. Lakin ölkə rəhbərliyi matçların gec yayımlanmasının maraqlı izahını açıqlayıb. Qeyd edilib ki, mütəxəssislər qadınların haram hesab etdikləri görüntülərinin ekranda necə bağlanmasını müzakirə edirlər, buna görə də yayımlarda gecikmələr olur. 

Oyunların başa çatdıqdan sonra montaj olunaraq yayımlanacağı bildirilir. Lakin Səudiyyə Ərəbistanı hökuməti məsələylə bağlı hələ ki, hər hansı bir qərar qəbul etməyib.

Xatırladaq ki, bundan öncə qadınlararası güləş çempionatını yayımlayan ölkə daha sonra buna görə üzr istəmişdi.