Əri Colinin çılpaq şəkillərini alır - Fotolar

eri-colinin-cilpaq-sekillerini-alir-fotolar
Oxunma sayı: 1422

Hollivud ulduzları sırasında çoxuşaqlı ata olması ilə seçilən Bred Pitt sevimli xanımı Anjelina Colinin çılpaq şəkillərini almaq üçün var gücü ilə çalışır.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Colinin 2011-ci ildə məşhur fotoqraf Devid Laşapel tərəfindən ağ atla çəkilmiş yarıçılpaq şəkilləri İngiltərənin ən böyük auksion şirkətlərindən olan “Christies”də mayın 15-də hərraca qoyulacaq.

Bukmekerlerin proqnozuna görə, aktrisanın “Horseplay” adı altında auksiona qoyulacaq bu nadir şəkilləri 35 – 55 min dollara satılacaq. Bred isə bu fotoları almaq üçün istənilən məbləği ödəməyə hazırdır.

Aktyorun fikrincə, həmin şəkillərdə Colinin azad ruhu əks olunub və o, çox seksual görünür. Onun bu fotoları almaqda məqsədi də maraqlıdır. Şəkilləri özündə saxlamaqla yanaşı xanımının ana obrazını da qoruyub saxlamaq istəyir. Colini dünyada nəinki peşəkar aktrisa, həm də qayğıkeş 6 uşaq anası kimi sevib hörmət edirlər.