Əri Ebruya 2,5 milyonluq məktəb tikdirir

eri-ebruya-25-milyonluq-mekteb-tikdirir
Oxunma sayı: 1917

Müğənni Ebru Yaşara əri Necat Gülseven Diyarbəkirdə məktəb tikdirir. “Qafqazinfo” xəbər verir ki, sənətçinin həyat yoldaşı ötən gün Diyarbəkir bələdiyyə sədri Həsən Basri ilə müqavilə imzalayıb. 

12 illik orta məktəbin bütün xərcləri Gülseven Turizm və Otelçilik İnşaat Şirkəti üzərinə götürüb. Bismil kəndində inşa ediələcək təhsil ocağına 2, 5 milyon TL ayrılıb. 

Məktəbin 2018-2019 tədris ilinə kimi bitməsi planlaşdırılır. 

Qeyd edək ki, Gülseven Turizm və Otelçilik İnşaat Şirkəti Ebrunun əri Necat Gülsevenə məxsusdur.