Əri Kibariyəni yenə aldatdı

eri-kibariyeni-yene-aldatdi
Oxunma sayı: 3642

Türkiyəli müğənni Kibariyə özündən 20 yaş kiçik əri Ali Küçükbalçık tərəfindən xəyanətə məruz qalib. “Qafqazinfo” xəbər verir ki, 58 yaşlı ifaçı dəfələrlə həyat yoldaşına güvəndiyini desə də, Ali ötən gün Bodrumda paparassilərə tuş gəlib. 

İş adamı məşhur çimərliklərin birində sarışın bir xanımla istirahət edərkən görüntülənib. Onların səmimi şəkilləri Türkiyə KİV-lərində yayılıb. 

Qeyd edək ki, Küçükbalçıkın bir müddət əvvəl də müğənnini aldatması barədə xəbər yayılmışdı, Kibariyə isə gözüylə görmədiyi halda ərindən ayrılmayacağını demişdi.