Əri tərəfindən maşınla vurulan qadın öldü

eri-terefinden-masinla-vurulan-qadin-oldu
Oxunma sayı: 2411

Gəncədə avtomobillə vurulan qadın dünyasını dəyişib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, həyat yoldaşı 1961-ci il təvəllüdlü Eldar İsmayıl oğlu Abbasov tərəfindən avtomobillə vurulan 1968-ci il təvəllüdlü Sevinc Əmir qızı Abbasova müalicələrə baxmayaraq vəfat edib.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də Gəncə şəhərində baş verib. E. İsmayılov idarə etdiyi “VAZ” markalı avtomobillə qəsdən bir neçə dəfə həyat yoldaşı S. Abbasovanı divara çırpıb. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilmişdi. Hadisəni törədən E. Abbasov isə sirkə turşusu içərək intihara cəhd etmişdi. O xəstəxanaya yerləşdirilsə də, sağalandan sonra hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Elmar Əli