Əri tərəfindən ticarət mərkəzində bıçaqlanan qadın öldü

eri-terefinden-ticaret-merkezinde-bicaqlanan-qadin-oldu
Oxunma sayı: 2259

Sumqayıtda 11 gün əvvəl əri tərəfindən bıçaqlanan 47 yaşlı qadın ölüb.

“Qafqazinfo”nun Xeberle.com-a istinadən məlumatına görə, şəhərin ticarət mərkəzlərinin birində baş verən bıçaqlanma hadisəsi zamanı ağır xəsarətlər alan 1972-ci il təvəllüdlü Əmənova Gülnaz Saməddin qızı həkimlərin səylərinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, hadisə mayın 3-də olub. Ailə münaqişəsi zəmnində baş verən hadisə zamanı ər əvvəlcə arvadını, daha sonra özünü bıçaqlayıb.