“Ərim cəlladımdır, evim zindanım”

erim-celladimdir-evim-zindanim
Oxunma sayı: 713








***

Ürək ki ürəyə bağlı deyildir,
Kefin istəyən vaxt gedə bilərsən.
Mənə qıymadığın xoşbəxtliyini
Yoluna çıxanla yarı bölərsən,

Mən ki ağlamıram, mən ki yanmıram,
Onsuz da xoşbəxtlik düşübdür qaçaq.
Sənin qıymadığın bu yorğun canı
Əcəl səndən əvvəl öpüb qucacaq.

Bu qarlı qış ilə birgə yaşanıb
Ömrün üzüntülü əzab günləri...
...Mənim istəklimdən sən çox yaxınsan,
Tək bircə bu ağrı yandırır məni...


***


Gəl mənim seyr elə halımı indi,
Gəl, tez gəl, sağsam da, canım ağrıyır.
Bu donmuş əlləri isidən kimdi,
Sən öpən dodaqlar kimi tanıyır...

Hər axşam kürsümü ayna önünə
Çəkib gətirirlər, yola baxıram,
Səndənmi inciyim, nə deyim sənə?
Heç kimlik deyil bu giley-axmuram.

Dünyada heç nədən, inan, qorxmuram,
Tıxanıb boğazı boğsa da qəhər,
Tək bircə, gecələr ta sübhə qədər,
Qorxuram gözlərin yuxuma girər...


1912


***


Sənəmi ram olum? Dəlisən nədir?
Tək bircə Allaha tabedir canım,
Sevgi də, sevinc də bir əfsanədir,
Ərim cəlladımdır, evim zindanım.

Bu da var ki, ancaq özüm gəlmişəm!
Qışın oğlan çağı, eşikdə külək.
Evində o qədər işıq vardı ki,
Keçib yan ötmədim, ötəydm gərək!

Beləcə hər şeyə yumub gözünü,
Çovşunda yol azmış, quşsayaq adam
Qəfil bir maneyə çırpır özünü.

İndi mən sakitəm, indi mən şadam.
Əlvida, əzizim, alqışlar sənə,
Qapından qovmadın, rəhm etdin mənə.


1921


Tərcümə edən: Çingiz Əlioğlu