“Ərim evdə otursun, mən toylarda oxuyum...”

erim-evde-otursun-men-toylarda-oxuyum
Oxunma sayı: 3853


“Qafqazinfo”nun məlumatına görə, aparıcı Mətanətin  Əliverdiyevanın pulla bağlı verdiyi sualları cavablandıran ifaçı pullu insanın  hər zaman haqlı olduğunu bildirib:  

“Pul xəstəlikdir, hər kəs pullu insanın  qarşısında baş əyir, ona hörmət edir. Şou-biznesdə də, adi həyatda da belədir. Pullu şəxs həmişə haqlıdır. Lakin pulsuz heç nə etmək mümkün deyil. Mən neçə illərdir çalışıb pul qazanıram. Səsimlə, ifamla ailəmi dolandırıram. Ailə qurduğum şəxs məndən çox qazanmalıdır ki, mən evdə oturum və pul qazanmaya da bilim. İstəmirəm axşam ərim evdə otursun və mən toylarda oxuyum”.