“Ərim mayordu, 5 dil bilir...”- - Xatirədən Vüsaləyə cavab

erim-mayordu-5-dil-bilir-
Oxunma sayı: 7825


Müğənni Xatirə İslam teleaparıcı Vüsalə Kərimovanını haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, sənətçi sosial şəbəkədə bu mövzu haqda artıq danışmaq istəmədiyini qeyd edib:

“Mənim haqqımda yazılanlara fikir verməyin, kiminləsə dalaşıb onu reklam etmək fikrim yoxdur.  Kim nə deyirsə, əcəb edir, canı heç vaxt sağ olmasın.  İnşallah, Allah cavabını verəcək. Həyat yoldaşım 5 dil bilir, sinxron tərcüməçidir, rütbəsi mayordur, 10 min işçiyə rəhbərlik edir və ailəsini çox sevir.  Mən də çalışıram ki, özümü onun adına, vəzifəsinə layiq aparım. Ona görə şərait yaratmıram ki, kimsə verilişində mənasız mövzularla məndən istifadə etsin. Mən də, ailəm də göz qabağındadır.  Xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir. Qaldı ki, aparıcıya onda da günah yoxdur, ondan da istifadə edirlər”. 

Könül