“Ərim məni aldada bilər, amma...” - Yelena+Fotolar

“Ərim məni aldada bilər, amma...”
Oxunma sayı: 4735

“Beşiktaş”ın futolçusu Duşko Tosiçin xanımı Yelena Karleusa müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- “Fənərbaxça”nın futbolçusu Ozan Tufan sizin fotonuzu bəyənib şərh yazmışdı...

- Onu tanımıram. Kim olduğunu bilmirəm belə. Sadəcə yazdığı şərhi gördüm. Dedim ki, mənim üçün tərcümə edin, etmədilər. Pis bir şey olduğunu anladım. Amma cavab verməyəcəm. 

- Türk olmaq istəyirsiniz?

- İstanbulu çox bəyənirəm. Yeməklər, insanlar, gəzməli yerlər möhtəşəmdir. Hər gələndə özümü bura aid hiss edirəm. Çünki doğrudan, gözəl şəhərdir. Duşko ilə də Türkiyə barədə çox danışırıq. O, türk vətəndaşı olmaq və ömürboyu İstanbulda yaşmaq istəyir.

- Duşko zəngin olmasa...

- Onunla tanış olanda 21 yaşındaydım. Pul mənim üçün önəmli deyil. Həmin vaxtlar hətta evin xərclərini belə mən qarşılayırdım. Amma onun bir gün daha güclü olacağına və yüksələcəyinə inanırdım. Fikrimcə yanılmadım. 

- Beyinlə düşünmək, yoxsa bunlar önəmli deyil?

- Məndən milyon dəfə gözəl yüz minlərlə qadınlar var.  Mən moda ilə ayaqlaşan qadınam. Gözəllik bu gün var, 10 il sonra olmayacaq. Bəs, 10 il sonra gözəllik gedincə kişi nə edəcək? Bunun üçün karizma lazımdır. O hər zaman qalmalıdır. Sadəcə gözəl olanlar 40 yaşından sonra heç bir şey olur. Əgər beyin də yoxdursa, hər şey boşdur. 

- Duşkoya sizi aldada bilər?

- Ərimin məni aldatmaq izni var amma həmin qadından məndən gözəl olmalıdır. Elə deyilsə, etdiyi atdan enib eşşəyə minmək olur. Ona görə də xəyanət edəcəyini düşünmürəm. Əgər mənim də qarşıma Duşkodan daha çox bəyəndiyim biri çıxsaydı, ondan ayrılırdım. Amma çıxacağını düşünmürəm. 

- Dünyadakı ən yaxşı müdafiə...

- Bunları edərkən həyat yoldaşına hər zaman seksi olan bir qadınam. O, matçlarda daha yaxşı oynasın deyə...Bu səbəbdən Duşko dünyanın ən yaxşı müdafiəçilərindəndir. 

- Başqaları həyat yoldaşlarının qazancı ilə yaşayır...

- Super həyat yoldaşıyam. Başqa insanlar evlənib ərinin “pulunu yeyir”. Amma mən Duşkodan daha uzun bir kariyeraya sahibəm. Duşko ilə eyni qazanca sahibəm və buna görə də superəm. 








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi