“Ərim restoranı mənə hədiyyə etdi” - Rəqsanə

“Ərim restoranı mənə hədiyyə etdi”
Oxunma sayı: 34

“Bir müddətdir Moskvadayam, ailəmlə burda yaşayırıq. Burada restoran açırıq. Bir müddət onun hazırlıqları ilə məşğul oldum. Təmir işləri hələki uzandığından, açılışı sentyabr ayına qədər yubadırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rəqsanə İsmayilova deyib.Müğənni ərinin ona Moskvada restoran bağışladığını vurğulayıb:

“Açılışdan sonra Azərbaycan, rus və türk sənətçilərini həmin restorana konsert proqramı ilə dəvət etməyi düşünürəm. Qeyd edim ki, restoran yoldaşımdan mənə hədiyyədir.

Sənət adamı olduğum üçün mənə onun hədiyyəsi restoran oldu. Bu, tək biznes məqsədi ilə açılmır. Ulduzların birgə çıxışı, gecələrin təşkili, maraqlı şou proqramlar nəzərdə tuturuq. Yaxın günlərdə Bakıya gəlib, yeni xəbərlərim barədə ətraflı məlumat verəcəm”.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi