“Ərim sonuncu dəfə şərhləri keçən il oxuyub”

erim-sonuncu-defe-serhleri-kecen-il-oxuyub
Oxunma sayı: 2350

“Məndə oğlan xasiyyəti var. Elə olur ki, evdə olmuram, səsyazma studiyasına gedirəm.  Bu günədək mənə evdən zəng vurub deməyiblər ki, hardasan? Arıqlayandan sonra zəng edib maraqlanmağa başlayıb. Həyat yoldaşımın yox, öz istəyimlə arıqlamışam. Amma hamı deyirdi ki, artıq çəkilərindən azad olsan, yaxşı olar”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Ay Zaur” proqramına qonaq olarkən deyib.  O, aparıcı Zaur Kamalın həyat yoldaşı Fəxrəddin Musazadə barədə verdiyi suallara belə cavab verib:

“Deyirdilər ki, Xatirəni alan xoşbəxt biridir. Özümü tərifləmək kimi çıxmasın, amma kaprizim yoxdur, yola gedən biriyəm. Həyat yoldaşım isə qısqanc biri deyil. O da çox rahat insandır. İnstaqramda mənə çox rəy yazırlar. Heç vaxt Fəxrəddin maraqlanmayıb.  Axırıncı dəfə keçən ilin yayında şərhləri oxuyub. Heç söz-söhbət də yaranmayıb.  Bizdə sakitçilik hökm sürür”. 

Müğənni efirdə ikinci dəfə ana olması və qız övladları barədə də danışıb: “Heç vaxt arzulamamışam ki, qızım olsun. Qız uşaqlarını sevmirəm. Amma indi bu barədə fikirləşirəm”. 

Bundan əlavə, Xatirə sənətçilərin şəxsi həyatlarının ictimailəşdirilməsinə də etiraz edib: “Sənət yoldaşlarımla böyük qalmaqalım olmayıb. Olsa da, ictimailəşdirmirəm. Elə müğənni var ki, özünü aparmağı, sözünü deməyi bacarır. Hər bir insanın şəxsi həyatı olur. Müğənnilər maraqlıdır, onları efirə çağırıb həyatını müzakirə edirlər. Qonşumuz var, qaynına qoşulub qaçıb. İndi onu müzakirə etmirsiz, çünki müğənni deyil. Məsələ ictimailəşmir”.