“Ərim yataqda uzanmışdı, o isə...” - Fatiməyə şok ittiham

“Ərim yataqda uzanmışdı, o isə...”
Oxunma sayı: 6929

Rusiyada yaşayan aktrisa-müğənni, “Miss Azərbaycan- 1999”un qalibi Fatimə Abasquliyevanın canlı efirdə müəllimi-rejissor Mark Razovski tərəfindən zorlandığını deməsi başına bəla olub. 

“Qafqazinfo” xəbər verir ki, o, yenidən Andrey Malaxovun “Canlı efir” verilişinə qatılıb. 

"Bu açıqlamamdan sonra Razovskini müdafiə edəcək xeyli adam tapıldı. Hələ bu azmış kimi, sosial şəbəkə istifadəçiləri mənə şantaj dolu mesajlar yazırlar"- deyə Fatimə bildirib. 

Bundan əlavə, Fatimənin həmkarı, rejissorun tələbəsi Svetlana Markovnikova ona dəstək olmaq əvəzinə, əleyhinə açıqlama verib:

“Bu, gülməlidir. Mən Fatimənin vəziyyətinin bu qədər pis olduğunu düşünmürdüm. Fatimə narsist qızdır, özünü çox sevir. O, istədiyinə müxtəlif yollarla nail olur”.

Markovnikova iddia edib ki, Fatimə onun ərini belə əlindən almaq istəyib:

“Mübahisəmiz düşmdüşdü, Fatimə çaydanı başıma vurdu. Ərimlə bağlı məsələ isə qonaqlıqda olarkən baş verib.  Biz qonaq getmişdik, elə şərait yarandı ki, ərimlə otaqda tək qaldı. Mən otağa girdim ki, həyat yoldaşım yataqda uzanıb, Fatimə isə ona tərəf uzanaraq sinəsini açıb. Onlardan nə baş verdiyini soruşdum”. 

Canlı efirdə Fatimə ilə üzləşən aktrisanın ittihamlarına qarşı tərəf gülüşlə reaksiya verib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi