“Ərimə dedim ki, mənə sürücü tut”

erime-dedim-ki-mene-surucu-tut
Oxunma sayı: 4095

“Maşın sürməkdən iyrənirəm, yorulmuşam. Dəhşətdir, insan nə qədər avtomobil idarə edər? Dünən Rövşənə ( red- həyat yoldaşı Rövşən Cahangirov) dedim ki, mənə sürücü tut. Maşın sürməkdən bezmişəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “X maqazin”ə açıqlamasında deyib.  Elnarə son zamanlar çox yorulduğunu qeyd edib. 

İfaçı tez-tez saç rəngini dəyişməsinə də münasibət bildirib: “Qətiyyən depressiyada deyiləm. Hazırda soyuq rənglər dəbdədir. Amma saçlarıma rəng qoyub soyuq rəng alındıra bilmirik. Bənövşə rəng Tünzalə Ağayevaya da çox gözəl yaraşır”.