“Ərimə hörmət edib kişi məclislərinə getmirəm”

erime-hormet-edib-kisi-meclislerine-getmirem
Oxunma sayı: 2629

“2009-cu ilə qədər kişi məclislərinə getmişəm, amma ailə qurduqdan sonra həyat yoldaşım iştirak etməyimi məsləhət bilmədi. Dedi ki, sənin buna ehtiyacın yoxdur, içki aləmidir, kimsə nəsə deyər, pərt olarsan”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Hər şey daxil” proqramına qonaq olarkən deyib. O, canlı efirdə kişi məclislərinə getməməyinin səbəbini açıqlayıb.  Şəbnəm deyib ki, həyat yoldaşı Hacı Ramilə görə bu cür təbdirlərdə iştirak etmir:

“Mən kişi kimi qadınam. Vəzifəsindən asılı olmayaraq heç kim mənə artıq söz deyə bilməz. Hərəkətimi, davranışımı bilirəm. Sənətim də var. Bu vaxta kimi heç kəsdən əlbəəl qonorar almamışam. Sadəcə olaraq həyat yoldaşıma hörmət əlaməti olaraq kişi məclislərinə getmirəm”.