“Ərimlə dalaşmışdıq, 20 gün danışmadıq…” - Xatirə

erimle-dalasmisdiq-20-gun-danismadiq
Oxunma sayı: 2811

“Həyat yoldaşımın ad adı “sakit ölüm”dür. Həmişə 2-3 aydan bir yüngülvari evdə söz-söhbət olur. Ailədir, sözümüz çəp gələ bilər. Biz küsəndə kefim olmur, qanıqara otururam”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “Hər şey daxil” verilişinə qonaq olarkən deyib. Xatirə deyib ki, həyat yoldaşı onun əlində telefon görəndə əsəbiləşir:

“Heç vaxt deməmişəm ki, kaş bununla ailə qurmazdım. Çünki o insanın xarakterindəki hər şey məni qane edir. Məsələn, yayda biz dalaşmışdıq, 20 gün danışmadıq. Dalaşanda adam adama deyə bilər də “boşanacam”. Amma hələ boşanma dərəcəsinə çatdırmamışıq. Bizdə hər şey yaxşıdır. Amma arada o məni başa düşmür. Mənim işim bəllidir, o isə məni anlamır. Məsələn, idmandan gəlir deyir, niyə mənim yeməyim yoxdur? Mən onu başa sala bilmirəm ki, çatdırmıram, işlərim var. 

Əgər o, evə gələndə görsə ki, mənim əlimdə telefon var, evim yıxıldı. Çünki deyəcək ki, sən səhərdən oturmusan İnstaqramda, yemək də ona görə yoxdur. Ona başa sala bilmirəm ki, evə indi çatmışam, İnstaqramı da ona görə açmışam ki, görüm məni kim söyüb onu silim. İnstaqrama kefimdən girmirəm”. 

Qeyd edək ki, Xatirə İslam 6 ildir ki, Fəxrəddin Musazadə ilə evlidir, bir oğlan övladı var.