“Ərindən yox, sevgilisindən uşaq doğur …” - Tənqidlərə cavab

“Ərindən yox, sevgilisindən uşaq doğur …”
Oxunma sayı: 4985

Tanınmış rejissor-aktyor Kənan Mamudovun sosial şəbəkədə paylaşdığı şeir müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, Kənanın şeiri "18+" olduğu üçün instaqram izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə məruz qalıb.

O, yazılanların qarşısını almaq üçün şərh bölməsini bağlayıb.  Mahmudov daha sonra “Kara sevda” serialında Kemal və Nihan obrazlarının öpüşmə səhnəsindən bir görüntünü izləyiciləri ilə bölüşüb və tənqidlərə cavab verib:

“Bu videonu paylaşdığım üçün heç kimdən üzr istəmirəm. Çünki siz bu filmi izləyəndə heç kimdən üzr istəmirdiniz və sevə-sevə izləyirdiniz. İndi də izləyin, burada nə var ki? Mənə yaraşmadı belə şeylər paylaşmaq? O artıq mənim problemimdir. Bunlara hər şey etmək olar, amma bizə olmaz. Çünki bizim şəxsiyyət vəsiqəmizdə “azərbaycanlı” yazılıb. “Camaatın ana-bacısı var ey” deyənlərin ən çox izlədiyi serial. Qız əri ola-ola başqasıyla görüşür, ərindən yox, kənardakı sevgilisindən uşaq doğur, əri bunu bilir, oğlanın bacısını hamilə buraxır, qısası kim–kimi gəldi doğuzdurur və biz bunu alqışlayırıq.

Allah eləməsin, əgər bizimkilər bu mövzuda nəsə çəksələr, adamı güllələyərik. Əzizlərim, unutmayın, biz Sultan Sülrymanla Hürrəmin hamamda öpüşmə səhnəsinə baxıb ağlayanlarıq. Buna görə də bizə və mədəniyyətimizə nə olursa azdır. Xoş seyirlər, dincələ-dincələ baxaq, necədə qəşəng öpüşürlər... “Gecə qonağı”nda orta barmaq göstərdim, "İlin ən tərbiyəsiz rejissoru” elan edildim. Orijinal millətik, Vallah bizdən yoxdur. Mənə yox, Azərbaycan filminə sahib çıxın. Neçə ildir şeir yazıram bir sayt belə paylaşmadı. 18 + “Ehtiras” adlı şeir yazdım, hamısı paylaşdı”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi