Ərinə məktubu Ebru imzaladıb

erine-mektubu-ebru-imzaladib
Oxunma sayı: 3022


Rüşvət və qaçaqmalçılıq ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Rza Zərrabın “Sarkuysan” şirkətinin idarə heyətindən istefa etməsinin bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əslində “Sarkuysan” idarə heyəti iş adamının həyat yoldaşı Ebru Gündəş vasitəsilə hazırda həbsxanada olan Zərrabdan istefa etməsini istəyib. Zərrab da məktub yazaraq onu ziyarət edən həyat yoldaşı vasitəsilə şirkətə göndərib. 

Bundan başqa, iş adamı şirkətin iki iclasına qatılmadığı üçün istənilən halda növbəti iclasda üzvlüyü avtomatik olaraq ləğv olunacaqdı.  

Qeyd edək ki, ötən ilin iyununda idarə heyətinin qərarı ilə “Sarkuysan”a üzv seçilən Zərrab bu il yanvarın 6-da şirkətdən istefa verib.