Ərinin məşuqəsi tərəfindən öldürüldü - Lənkəranda qətl+ Yenilənib

erinin-mesuqesi-terefinden-olduruldu
Oxunma sayı: 5511

Lənkəran sakini qətlə yetirilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Lənkəran şəhərinin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb.

Lənkəran sakini, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənovanın ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi nikahda yaşadığı qadın tərəfindən hələlik məlum olmayan şəraitdə qətlə yetirildiyi bildirilir.
 
S. Həsənovanın meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
 
Anar Mahmudov küçəsi, 128 ünvanında 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən odun parçası ilə vurularaq qətlə yetirilib. 
 
Hadisəni törədən G. Salayeva artıq polis tərəfindən saxlanılıb.
 
Məlumata görə, S. Həsənova və G. Salayevanın hər birinin iki övladı var.