Ərinin xəyanətini bağışlamadı - Evdən getdi

erinin-xeyanetini-bagislamadi
Oxunma sayı: 3960

Erdem Kınayın mərakeşli müğənni Hindi ilə səmimi görüntülərinin yayılmasından sonra xanımı Sinem Kınay evi tərk edib. 

“Qafqazinfo” xəbər verir ki, 3 ildir ki, musiqiçi ilə evli olan Sinem ərinin xəyanətini bağışlamayıb. 

O, Erdemin Hindi ilə fotolarının yayılmasından sonra qızı Tanem ilə birgə evdən gedib. 

Musiqiçi isə dostlarına həyat yoldaşından boşanmaq istəmədiyini, barışmaq üçün cəhd etdiyini bildirib.