Ərinin yasına gedərkən yol qəzasında öldü

erinin-yasina-gederken-yol-qezasinda-oldu
Oxunma sayı: 985

Tovuz rayonunun Aşağı Əyyublu kəndi yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, qarşı-qarşıya hərəkət dən "Ford" markalı minik avtomobili ilə "Qazel" markalı yük maşını toqquşub.

Qəza nəticəsində "Ford"un sərnişini – Gəncə sakini 50 yaşlı Sevda Həsənova yerindəcə keçinib. Övladları – 22 yaşlı Gülnar, 20 yaşlı Maniya və 5 yaşlı Rəsul Cəfərovlar, eləcə də qaynı – sürücü Aytəkin Cəfərov xəsarət alıb. Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Məlumata görə, Aytəkin Cəfərov öz qardaşının il mərasiminə getmək üçün onun həyat yoldaşını və övladlarını Tovuz rayonuna aparırmış.