Erməni abidəsini ziyarət etdi

Erməni abidəsini ziyarət etdi
Oxunma sayı: 167

Anspress-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, gürcü baş nazir bu abidənin önünə əklil də qoyub.
Onu bu zaman İrəvanın vitse-meri Vano Vardanyan və "erməni soyqırımı" muzey-institutunun direktoru Ayk Demoyan müşaiyət ediblər.

Ancaq B.İvanişvili muzeyə getməyib və o, kompleksin xiyabanında şam ağacını əkmək arzusunu bildirib. Hətta bildirib ki, gələn dəfə Ermənistana ağacəkmə mövsümü zamanı gələcək və bu ağacı orada mütləq əkəcək.

Qeyd edək ki, gürcü baş nazir bu gün həmçinin Ermənistan prezidenti Serj Sarkisyan və ölkənin baş naziri Tiqran Sarkisyanla, həmçinin erməni katalikos Qareqinlə də görüşüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi