Erməni Bakıda bizə meydan oxudu

ermeni-bakida-bize-meydan-oxudu
Oxunma sayı: 646

“Azərbaycan təzə bir ölkədir, bu ölkənin torpaqlarının işğalı barədə kiminsə dedikləri fikri bölüşmürəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasında iştirak edən Ermənistanın İrs Partiyasının sədri Raffi Ovanesyan Ermənistan sabiq xarici işlər naziri Vardan Oskanyanın fikirlərinə münasibət bildirərkən söyləyib.

O deyib ki, Dağlıq Qarabağda yaşayan insanların öz müqəddəratını təyin etmək hüququ var: “Mən işğal məsələsi ilə razılaşmıram. Yalnız Azərbaycanla Türkiyə bunu işğal sayır, biz bunu işğal saymırıq. Biz bunu azad edilmiş torpaqlar kimi qiymətləndiririk. Dağlıq Qarabağdakı insanlar hüquqlarını təyin edə bilməlidirlər”.


O, qaçqın və məcburi köçkünlərin bu torpaqlara qayıtması məsələsinə də münasibət bildirib: “Ümumiyyətlə, qaçqın və məcburi köçkünlərin torpaqlarına qayıtmaq hüququ var. Dağlıq Qarabağa da məcburi köçkünlərin qayıtması məsələsi müzakirə oluna bilər”.


“Qafqazinfo”nun məlumatına görə, artıq Azərbaycan tərəfi erməni müxalifətçinin cavabını verib. YAP-ın icra katibi Əli Əhmədov Raffi Ovanesyanın söylədiyi fikirləri sərsəm adlandırıb: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və işğal olunduğunu bütün dünya bilir”.