Erməni deputatlar Bakını gəzdilər - Fotolar

ermeni-deputatlar-bakini-gezdiler
Oxunma sayı: 8512

Azərbaycanda səfərdə olan Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda gəzintiyə çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan parlamentinin rəsmi Feysbuk səhifəsində erməni deputatların gəzintisindən fotolar paylaşılıb.

Onlar erməni kilsəsinə baş çəkiblər, eləcə də Qız Qalasında və paytaxt restoranlarından birində olublar.