Erməni deputatlar Bakıya dəvət edilib

ermeni-deputatlar-bakiya-devet-edilib
Oxunma sayı: 651

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.

O, qeyd edib ki, İrəvanda keçirilən Avronestin iclasında erməni deputatlara onların Bakıda təhlükəsizliyi barədə təminat da verilib.

"Baxmayaraq ki, bu yaxınlarda Avronestin İrəvanda keçirilən iclasında bizim nümayəndə heyətimizi aeroportda qarşılayan olmadı. Əslində bizə deyilmişdi ki, sizi xüsusi xidmət orqanlarının əməkdaşları qarşılayacaqlar. Amma bizi heç kəs qarşılamadı. Axırda özümüz bir hərbiçiyə yaxınlaşıb Azərbaycandan gəldiyimizi bildirdik. O, təəccübləndi, harasa zəng vurdu", - Quliyev deyib.

Millət vəkili bildirib ki, sonrakı iki gündə Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub.

"Qaldığımız hoteldə otağın qarşısında 24 saat mühafizəçi var idi. Qayıdanda bizi VİP-dən yola saldılar", - o deyib.