Ermənistan ordusunda müqaviləli xidmət əsasında qulluq edən 1995-ci il təvəllüdlü N. S. Mikaelyan özünü güllələyib.
“Qafqazinfo”nun “news.am” saytına istinadən verdiyi xəbərə görə, o, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etməm mümkün olmayıb.
Qeyd olunur ki, hadisə Yerevan yaxınlığındakı hərbi hissələrdən birində olunub. Həmin şəxsin cibindən qeyd tapılıb.
Faktla bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.