Erməni əsgər xidmət yoldaşını yandıraraq öldürüb

ermeni-esger-xidmet-yoldasini-yandiraraq-oldurub
Oxunma sayı: 644

Ötən gün Ermənistanın Tavuş vilayətində cəsədi yanmış maşında aşkarlanan müqaviləli hərbi qulluqçunun ölümü ilə bağlı həmkəndlisi və onunla bir yerdə xidmət edən A.Lalayan saxlanılıb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Lalayan qətlin bütün təfərrüatlarını danışıb. Bildirib ki, qətldən yarım saat əvvəl onlar birgə hansısa məclisdə iştirak ediblər. 

Məclisdən evə qayıdarkən yolda ailə məsələləri ilə bağlı bir mövzuda mübahisə ediblər. Lalayan yumruqla Qriqoryana çoxsaylı zərbələr endirib. Dava maşının içərisində də davam edib. Daha sonra Lalayan maşını dərəyə aşırıb. Sonra isə onu yandıraraq qəza görüntüsü verməyə çalışıb.