Erməni əsirliyində olan azərbaycanlı əsgər 3-cü ölkəyə verildi

ermeni-esirliyinde-olan-azerbaycanli-esger-3-cu-olkeye-verildi
Oxunma sayı: 2911


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, müdafiə nazirinin birinci müavini David Tonayan Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bu ölkədəki rəhbərliyi ilə görüşüb. 

Tonayan bildirib ki, Ermənistan Azərbaycan hərbçisinin qərarını nəzərə alaraq səlahiyyətli beynəlxalq təşkilatların vasitəsilə Fərəcovu üçüncü ölkəyə verəcək və orada ona qaçqın statusu veriləcək. 

Ermənistan tərəfi Komitənin nümayəndələrindən Firuz Fərəcovun təhlükəsiz şəkildə “həyati təhlükəsi olmayacaq demokratik ölkə”yə göndərildiyini çatdırmağı xahiş edib.

Xatırladaq ki, azərbaycanlı hərbçi Firuz Fərəcov 2012-ci ilin iyulunda ermənilər tərəfindən əsir götürülüb.