Erməni general özlərini təriflədi

ermeni-general-ozlerini-terifledi
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib. Təmas xəttində “Azərbaycanın provakasiya hərəkətləri” ilə bağlı suala cavab verən Ohanyan bildirib ki, aparılan analizlərə əsasən, bu tədbirlərin planlaşdırılmış xarakter daşıdığı məlum olub: “Ola bilməz ki, bütün bunlar Azərbaycanın hərbi-siyasi rəhbərliyinin xəbəri olmadan həyata keçirilsin. Faktiki olaraq, situasiyanı gərginləşdirməklə beynəlxalq strukturlara təsir edərək Qarabağ münaqişəsinin həlli prosesinə tezləşdirmək məqsədi daşıyan cəhdlər edilir”.

Onun sözlərinə görə, erməni tərəfi belə cəhdlərə qarşıdır: “Bir dəfə biz müharibəyə cəlb olunduq və ondan çıxa bildik. Bizim Silahlı qüvvələr bu imtahandan yüksək qiymət aldılar. Biz o zaman uğur əldə edə bildik, indi də düşmənin diversiya-kəşfiyyat hərəkətlərinə, snayperlərinə ləyaqətli cavabı veririk”.

Nazir həmçinin qeyd edib ki, erməni silahlı qüvvələri düşmənin məqsədyönlü xarakter daşıyan hərəkətlərinə cavab verir: “Nizamsız atəşə isə cavab vermirik”.

Müharibənin yenilənməsinə gəlincə isə Ohanyan vurğulayıb ki, situasiyanı analiz edərək belə bir nəticəyə gəlinib ki, hərbi əməliyyatların yenilənməsi ehtimalı azdır.

Qeyd edək ki, bu gün Ermənistanda Qarabağ müharibəsində itkin düşən şəxslərin xatirə günü kimi qeyd olunur. Ohanyan qeyd edib ki, Azərbaycanla birbaşa əlaqələrin olmaması itkin düşənlərin axtarışı prosesini çətinləşdirir: “Bugünki gündə biz ancaq beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək faktlar əldə edə bilirik”.

Səidə