Erməni generalın cinayət işi üzrə ibtidai istintaq tamamlandı

ermeni-generalin-cinayet-isi-uzre-ibtidai-istintaq-tamamlandi
Oxunma sayı: 663

Keçmiş erməni deputat Manvel Qriqoryanla həyat yoldaşı Nazik Əmiryanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

“Qafqazinfo”nun “News.am” saytına istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Xidməti məlumat yayıb. Qeyd olunur ki, M. Qriqoryan qeyri-qanuni silah saxlamaqda, 101 milyon 232 min dram dəyərində əmlakı mənimsəməkdə, 1 milyard 228 min dram dəyərində vergidən yayınmada, 1 milyon 225 min dram dəyərində yeyintidə ititham olunur.

Ona məxsus silahlar- tapança, ov tüfəngi, patronlar, detonator, qumbaraatan, partlayıcı maddələr də aşkar olunaraq götürülüb. Bundan başqa, Ermənistan və qondarma Dağlıq Qarabağda Qriqoryana aid kottec və evlərdə “UAZ” markalı 9 avtomobildə əsgərlər üçün nəzərdə tutulmuş, üzərində “Satış üçün deyil, əsgər yeməyidir” yazılmış 2980 qutu ət konservası aşkarlanıb.

Nazik Əmiryanın adına qeydiyyatda olan evlərdə isə bəzi məhsullar, dərman vasitələri və geyimlər ələ keçirilib.

Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayılı və Fizulini işğal etmiş erməni ordusunun 5-ci briqadasına rəhbərlik edib. Fizuli rayonunu tamamilə məhz o qarət edib. Cani-general həm də Azərbaycan əsirlərinə münasibətdə xüsusi qəddarlığı ilə fərqlənib.